Zaur Mikayılov: Cənubi Qafqaz birgə idarəetmə ilə bağlı hidro-təhlükəsizlik boşluqları ilə üzləşir
Azərbaycan artan iqlim problemləri fonunda su resurslarını qorumaq üçün innovativ və qabaqcıl su idarəetmə texnologiyalarını tətbiq edib.
APA xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində keçirilən "Su və davamlı inkişaf: İqlim çağırışlarına cavab" mövzusunda tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi sərhəd tanımır və qlobal, regional əməkdaşlığa ehtiyac olduğunu bir daha göstərir:
"Transsərhəd su resurslarının idarəçiliyi əməkdaşlığın faydalarını nümayiş etdirən güclü bir nümunədir. Bununla belə, Cənubi Qafqaz kimi bölgələr birgə idarəetmə ilə bağlı hidro-təhlükəsizlik boşluqları ilə üzləşir. Biz bütün regional dövlətləri transsərhəd su resurslarının birgə idarə edilməsinə və Cənubi Qafqaz su təhlükəsizliyini gücləndirəcək konkret addımlar atmağa çağırırıq".
Sədr vurğulayıb ki, Azərbaycan Ceyranbatan su anbarında ultrafiltrasiya qurğusu, Pirşağıda müasir tullantı su təmizləyici qurğu yaradıb, SCADA sistemlərini tətbiq edib: “Azərbaycanın ilk Dövlət-Özəl Tərəfdaşlıq layihəsi olan Xəzər dənizinin suyun duzsuzlaşdırılması təşəbbüsü Azərbaycanın dayanıqlı su idarəçiliyinə və iqlim davamlılığına dair göstərdiyi səylərin bariz nümunəsidir”.
Oxşar xəbərlər
Zaur Mikayılov: “Təmiz içməli suya çıxış ekoloji tarazlığın saxlanılması üçün vacibdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA sədri: Davamlı su idarəçiliyi beynəlxalq miqyasda birgə fəaliyyət tələb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA sədri Sabirabadda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze: COP29 Cənubi Qafqaz regionu üçün mühüm hadisədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












