ADSEA sədri: Davamlı su idarəçiliyi beynəlxalq miqyasda birgə fəaliyyət tələb edir
İqlim dəyişikliyinin su qıtlığının gücləndirilməsinə, hava şəraitinin pozulmasına, quraqlıq və daşqınların tezliyinin artırılmasına təsiri nəticəsində davamlı su idarəçiliyinə ehtiyac daha da aktuallaşır.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu COP29 tədbiri çərçivəsində "Davamlı Su Ehtiyatlarının İdarə edilməsində innovatov yanaşmalar" mövzusunda panel müzakirəsində çıxışı zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
O bildirib ki, əhali artımı və urbanizasiya su ehtiyatlarını daha da məhdudlaşdırır və bu, təhlükəsiz, etibarlı su təchizatını təmin etmək üçün qabaqcıl həllərin qəbulunu vacib edir. Qlobal miqyasda su ehtiyatları çirklənmə, həddən artıq istifadə və mövcud iqlim dəyişiklikləri səbəbindən ciddi təzyiq altındadır.
Bu çağırışlara cavab olaraq Azərbaycan su idarəçiliyində innovativ yanaşmaları qəbul edib.
“Ölkədə adambaşına illik su ehtiyatı 3253 m³ olsa da, transsərhəd mənbələri nəzərə almasaq bu rəqəm əhəmiyyətli dərəcədə azalaraq 1051 m³-ə düşür. Proqnozlar göstərir ki, 2025-ci ilə qədər Azərbaycan qlobal miqyasda adambaşına düşən yerli su ehtiyatlarının ən aşağı səviyyələrini yaşaya bilər.
Diqqətçəkən təşəbbüslərdən biri Abşeron yarımadasının alternativ içməli su mənbələri ilə təmin edilməsi üçün duzsuzlaşdırma texnologiyasının, xüsusən də Xəzər dənizinin suyunun planlaşdırılmış istifadəsidir.
Enerjiyə qənaət edən duzsuzlaşdırma proseslərinə sərmayə qoymaqla Azərbaycan su təchizatının yaxşılaşdırılması və iqlim dəyişkənliyinə qarşı davamlılığı artırmaq istiqamətində fəal addımlar atır.
Davamlı su idarəçiliyi və iqlim davamlılığı beynəlxalq miqyasda birgə fəaliyyət tələb edir. Su qıtlığı və iqlim dəyişikliyi milli sərhədləri aşan qlobal problemlərdəndir”-deyə Zaur Mikayılov qeyd edib.
Oxşar xəbərlər
Şöbə müdiri: Su sektorunda müxtəlif qurumların olması pərakəndəliyə səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakı Politoloqlar Klubu” COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda konfrans təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda konfrans təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaur Mikayılov: "Davamlı su idarəçiliyi yalnız dövlətin siyasətindən asılı deyil" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı və Abşeron yarımadası üçün etibarlı alternativ su ehtiyatları yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












