Azərbaycanla AİİB potensial əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib
Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında potensial əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Mikayıl Cabbarov COP29 çərçivəsində AİİB-in prezidenti Jin Liqun ilə görüşüb. Azərbaycanın 2016-cı ildən AİİB-lə əməkdaşlıq etdiyini və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyini bildirən nazir Bankın üzv ölkələrdə infrastrukturun inkişafına verdiyi dəstəyi qeyd edib. Dayanıqlı inkişafın təmin olunması, o cümlədən, yaşıl iqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi ilə bağlı ölkəmizdə görülən işlər diqqətə çatdırılıb. Bankla əməkdaşlıq çərçivəsində prioritet layihələr barədə məlumat verilib.
İ.Liqun təmsil etdiyi qurumun Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, Bankın Azərbaycanla səmərəli əlaqələrini qeyd edib, tərəfdaşlığın inkişafı imkanları barədə fikirlərini bölüşüb.
Görüşdə tərəflər arasında potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-nin Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən, yaşıl enerji və infrastrukturun inkişafı üzrə perspektiv layihələr haqqında müzakirələr aparılıb.
Oxşar xəbərlər
AİİB-in prezidenti: İqlim dəyişikliyinin qurbanı ola biləcək insanlara maliyyə dəstəyi verməliyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Asiya İnkişaf Bankı ilə COP29 çərçivəsində fəaliyyəti müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Dünya Bankı ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan ADB ilə “yaşıl enerji" sektoruna xarici investisiyaların cəlbini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













