Azərbaycan ADB ilə “yaşıl enerji" sektoruna xarici investisiyaların cəlbini müzakirə edib
Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə ölkənin “yaşıl enerji" sektoruna xarici investisiyaların cəlbini müzakirə edib.
İqtisadiyyat Nazirliyindən “Sizinxeber.az”a verilən məlumata görə, bu müzakirələr iqtisadiyyat nazirinin müavini Anar Axundovla ADB-nin Şərqi, Mərkəzi və Qərbi Asiya komandasının enerji direktoru Junho Hvanq arasında aparılıb.
Görüşdə Azərbaycanın bank ilə uğurlu tərəfdaşlığından məmnunluq ifadə olunub, bankın ölkədə həyata keçirdiyi fəaliyyətlər yüksək qiymətləndirilib.
Tərəflər bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, Azərbaycanın enerji sisteminin davamlılığını və səmərəliliyini təmin etmək üçün infrastrukturun inkişafı və maliyyələşməsinə bankın potensial dəstəyi ilə bağlı fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji”nin ixracı üzrə birgə müəssisə Bakıda yerləşəcək
Azərbaycan “Uniper” ilə “mavi hidrogen” sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
