Azərbaycan və İraq COP29 çərçivəsində bir sıra tədbirlər keçirəcək
Bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan və İraq arasında bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.
"Sizinxeber.az" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.
"Bakı iqlim həftəsinin fəaliyyət planına əsasən noyabrın 14-də təşkil ediləcək "Maliyyə, investisiya və ticarət günü” isə özəl sektora və vətəndaş cəmiyyətinə beynəlxalq iqlim danışıqları ilə yanaşı öz öhdəliklərini ifadə etmək imkanı verəcək", - deyə o qeyd edib.
Oxşar xəbərlər
COP29 çərçivəsində "Maliyyə, investisiya və ticarət günü” təşkil ediləcək
İraqda Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
COP29 çərçivəsində keçiriləcək bir sıra yan tədbirlər məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
