Naxçıvanda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb - FOTO
sizinxeber.az xəbər saytı

Naxçıvanda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb - FOTO


Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Uzunoba kəndi ərazisində qeydə alınıb.

Belə ki, 72-BG-452 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə 75-BX-893 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində 2007-ci il təvəllüdlü Rüstəmov Kənan Babək oğlu, 2006-cı il təvəllüdlü Sadiqov Kamran Vüqar oğlu və 1963-cü il təvəllüdlü Tağıyeva Tamara Yusif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 17 yaşlı qız xəsarət alıb - FOTO
Naxçıvanda zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - FOTO
Naxçıvanda yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər