Nepallı nazir: İnkişaf etmiş ölkələr iqlimin maliyyələşdirilməsinə daha çox töhfə verməlidirlər
“İnkişaf etmiş ölkələr İtki və Zərərə Cavab Fonduna müəyyən miqdarda vəsait qoyublar, lakin bu, kifayət deyil. Bu proses hələ reallaşmayıb. Bizim tələbimiz isə bu İtki və Zərərə Cavab Fondunu daha tez işə salmaqdır”.
Bunu Nepalın meşə və ətraf mühit naziri Ain Bahadur Şahi Thakuri Sizinxeber.az-ya açıqlamasında deyib.
O bildirib ki, hazırda burada, Bakıda keçirilən COP29 kifayət qədər gözəl, yaxşı təşkil olunub:
“Biz hər şeyin qaydasında olduğunu gördük”.
Diplomat bildirib ki, ölkəsinin prioriteti digərlərindən bir qədər fərqlidir:
“Biz Nepaldanıq və bizim prioritetimiz digərlərindən bir qədər fərqlidir. İqlim dəyişikliyi bizə çox təsir edib. Himalay dağları əriyib, dağlarımız və digər ovalıqlarımız sürüşmə və daşqınlardan əziyyət çəkib. Biz çox əziyyət çəkmişik. Bunun səbəbi iqlim dəyişikliyidir. Lakin ölkəmiz iqlim dəyişikliyi fenomenində çox kiçikdir. Ona görə də ölkəmizdə bu problemi aradan qaldırmaq üçün beynəlxalq dəstək və yardım istəyirik. Beynəlxalq ictimaiyyət isə diqqətini cəmləməli, çoxlu resursları bizim problemimizi aradan qaldırmağa yönəltməlidir. Bu, təkcə bizim problemimiz deyil, buna bənzər problem bütün ölkələrdə baş verir. Buna görə də bizim prioritetimiz iqlimin maliyyələşdirilməsidir. Hazırda inkişaf etmiş ölkələr iqlimin maliyyələşdirilməsinə daha çox töhfə verməlidir. Çox əziyyət çəkən ölkələr bundan faydalanmalıdır”.
O deyib ki, inkişaf etmiş ölkələr İtki və Zərərə Cavab Fonduna müəyyən miqdarda vəsait qoyublar, lakin bu, kifayət deyil:
“Bu proses hələ reallaşmayıb. Bizim tələbimiz isə bu İtki və Zərərə Cavab Fondunu daha tez işə salmaqdır”.
“Biz bu sahədə daha çox layihə, daha çox vəsait əldə etmək istəyirik. Beynəlxalq ictimaiyyətdən də ehtiyacımız olan digər dəstək elm və texnologiya dəstəyidir. Bu, bizim zəif olduğumuz sahədir. COP konfransından bu cür məsələləri gözləyirik”, - deyə nazir qeyd edib.
Sahilə Cabbar
Aysel Naibova
Oxşar xəbərlər
Aİ-nin İqlim Fəaliyyəti üzrə Komissarı: Daha cəsarətli addımlara ehtiyac var [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Baş katibi: Dini liderlərin fəaliyyəti iqlim ədalətinin əldə edilməsi üçün vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyalı nazir: Kiçik ada dövlətləri iqlim dəyişikliyindən ən çox təsirlənənlər arasındadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: "İtki və Zərərə Cavab Fondunun fəaliyyəti üçün mühüm işlər görülüb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Portuqaliyalı nazir: Azərbaycanın bərpa olunan enerji sahəsində əməkdaşlıq istəyindən məlumatlıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












