BMT Baş katibi: Dini liderlərin fəaliyyəti iqlim ədalətinin əldə edilməsi üçün vacibdir
Dini liderlərin fəaliyyəti iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqi və iqlim ədalətinin əldə edilməsi üçün vacibdir.
Sizinxeber.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxışı zamanı BMT baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, ekstremal temperaturlar, yanğınlar, quraqlıq və genişmiqyaslı daşqınlar heç bir ölkəyə aman vermir.
“Ölkələrin qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq məqsədinə uyğun Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDCs) hazırlamasına yönəlmiş tədbirlər əhəmiyyətlidir. Bütün ölkələrin dəyişən planetə uyğunlaşmasına, dayanıqlı və bərpa olunan gələcəyə keçidə dair resurslara malik olmasını təmin etmək üçün ədalət vacibdir. Bura inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə artırılması və təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələrə kömək etmək üçün yaxşı maliyyələşdirilən itki və zərərə cavab verən fondun yaradılması daxildir”, - Baş katib vurğulayıb.
Oxşar xəbərlər
BMT-nin Baş katibi dini liderləri iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təşviq etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində Dini Liderlərin Qlobal Bakı Sammiti keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanda COP29-a hazırlıqlar çox yaxşı gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












