BMT Baş katibi: Bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizədə fəallıq göstərməli olsa da, bu prosesə G20 ölkələri liderlik etməlidir
sizinxeber.az xəbər saytı

BMT Baş katibi: Bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizədə fəallıq göstərməli olsa da, bu prosesə G20 ölkələri liderlik etməlidir


Bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizə məsələsində fəallıq göstərməli olsalar da, bu prosesə G20 ölkələri liderlik etməlidir.

APA xəbər verir ki, bu fikirləri BMT Baş katibi Antonio Quterreş noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında səsləndirib.

O bildirib ki, sözügedən dövlətlər atmosferə zərərli tullantılantıların buraxılması məsələsində öncül yerləri tutur:

“Bu qəbildən olan ölkələr öz texnologiyalarını həmin məqsəd uğrunda birləşdirməlidir. Hər bir dövlət iqlim dəyişikliyi ilə mübarizə üçün alət və resurslara malik olmalıdır. BMT isə öz növbəsində, bu istiqamətdə göstərilən istənilən cəhdi əminliklə dəstəkləməyə hazırdır. İkincisi, xalqları iqlim dəyişikliyinin zərərli təsirlərindən qorumaq üçün daha çox səy göstərilməlidir. Çünki bu amilin mənfi təsirlərini hiss edən dövlətlərin bir çoxu taleyin ümidinə buraxılır. Bizim hesablamalarımıza görə, 2030-cu maliyyələşmə üçün cəlb olunacaq vəsaitlə tələbat arasında 359 milyard dollarlıq uçurum yaranacaq”.

Oxşar xəbərlər

İqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quterreş: Növbəti iqlim sammitinədək bütün iştirakçı tərəflər ümumi milli iqtisadi fəaliyyət planı hazırlamalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-un baş danışıqçısı: Bütün ölkələr iqlim maliyyəsi məsələsində səylərini birləşdirməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər