Bakıda “Yaşıl şəhər nəqliyyatı” mövzusunda dəyirmi masa təşkil ediləcək
Noyabrın 20-də Bakıda COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.
Bu barədə "Sizinxeber.az-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək tədbir “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.
Dəyirmi masanın təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramıdır (UN-Habitat).
Tədbirlə bağlı ətraflı məlumatı bu linkdən əldə etmək olar.
Oxşar xəbərlər
COP29-da “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası təşkil ediləcək
RİNN-in saytında COP 29-la bağlı xüsusi bölmə yaradılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb
Bakıda “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda tədbir keçiriləcək
Rusiyada COP29 mövzusunda dəyirmi masa keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













