Deputat: Azərbaycan Cənubi Qafqazda önəmli tərəfdaşdır
sizinxeber.az xəbər saytı

Deputat: Azərbaycan Cənubi Qafqazda önəmli tərəfdaşdır


Azərbaycan Cənubi Qafqaz regionunda önəmli tərəfdaşdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, Ermənistanda bir neçə həftə sonra keçiriləcək parlament seçkiləri böyük şansdır:

"Burada yeni Ermənistan vizyonu qurulur. Hazırkı Ermənistan özünü sülh tərəfdarı kimi göstərir. Lakin bu ölkənin daxilində də sülhə qarşı olan qüvvələr var. Azərbaycana qarşı qətnamələr qəbul edilir, burada da əsas iştirakçılar erməni lobbisidir. Məqsəd də sülh prosesinə ziyan vurmaqdır".

Deputat qeyd edib ki, bundan əlavə regionda, Cənubi Qafqaza daxil olmaq istəyən digər qüvvələr var:

"Buna səbəb isə Cənubi Qafqazın inkişafıdır. Bu coğrafi məkana təsir etmək istəyirlər. Bu prosesdə Azərbaycan önəmli partnyor kimi görsənir. Azərbaycan özünə inamlı ölkədir. Azərbaycan xarici basqılarından çəkinən ölkə deyil. Prezident İlham Əliyevin bu məsələdə mövqeyi bəllidir. Azərbaycanı bu regionda etibarlı bir mərkəzə çevirməkdir".

Oxşar xəbərlər

Bəzi xarici aktorlar Cənubi Qafqazda sülh prosesinə zərbə vururlar - RƏY
Numan Kurtulmuş: Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır
Nigar Məmmədova: Bəzi xarici qüvvələr Ermənistanda revanşist qüvvələrə dəstək verirlər
Korotçenko: Vaşinqton, Paris və Brüsselə Cənubi Qafqazda sülh lazım deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər