Natiq Əmirov:  "2030-cu ilə qədər aqrar sahədə dayanıqlı inkişaf təmin olunacaq"
sizinxeber.az xəbər saytı

Natiq Əmirov: "2030-cu ilə qədər aqrar sahədə dayanıqlı inkişaf təmin olunacaq"


Azərbaycanda 2030-cu ilədək aqrar sahədə dayanıqlı inkişaf təmin olunacaq.

"Sizinxeber.az"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, əsas hədəf yalnız istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişaf modelinə keçidi təmin etməkdir: "Dövlət Proqramı 2026–2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalında dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət Proqramının icra mexanizmlərinin daha da dəqiqləşdirilməsinə və qarşıdakı illərdə aqrar sahədə daha yüksək nəticələrin əldə olunmasına töhfə verəcək".

Bundan başqa, N.Əmirov deyib ki, kənd təsərrüfatında istehsal və məhsuldarlıq göstəriciləri artırılacaq: "Dövlət Proqramında konkret hədəflər müəyyən edilib. Müasir suvarma sistemlərinin tətbiq olunduğu əkin sahələrinin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın artırılması, intensiv meyvə bağlarının və istixana komplekslərinin sahəsinin genişləndirilməsi, soyuducu anbarlar və taxıl siloları üzrə mövcud imkanların artırılması, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, həmçinin quş əti, süd, mal əti, qoyun əti, yumurta və akvakultura məhsulları istehsalının artırılması əsas istiqamətlər sırasındadır. Bu hədəflər bir daha göstərir ki, Dövlət Proqramı yüksək məhsuldarlığa, səmərəliliyə və əlavə dəyər yaradan aqrar inkişaf modelinə hesablanıb".

Onun sözlərinə görə, suvarma və enerji təminatının yaxşılaşdırılması kənd təsərrüfatında yeni imkanlar yaradacaq: "Su və torpaq resurslarından səmərəli istifadə Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biridir. Müasir suvarma sistemlərinin tətbiqi, təsərrüfatdaxili suvarma şəbəkələrinin təkmilləşdirilməsi, mövcud kanalların təmizlənməsi, eləcə də fermerlərin maarifləndirilməsi bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Aqrar sahədə məhsuldarlığın artırılması, suvarma və enerji təminatının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi, həmçinin aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi yalnız aidiyyəti qurumların əlaqələndirilmiş və birgə fəaliyyəti nəticəsində mümkün ola bilər".

Oxşar xəbərlər

Prezidentin köməkçisi: "Aqrar sahədə yeni mərhələ yüksək məhsuldarlığa hesablanıb"
Prezidentin köməkçisi: "52 aqropark kənd təsərrüfatının inkişafını sürətləndirib"
Ceyhun Cəlilov: "Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir"
Natiq Əmirov: "Son 10 ildə aqrar sahədə inqilabi islahatlar aparılıb"
Seymur Səfərli: "Məhsuldarlığın artırılması aqrar siyasətin əsas hədəfidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər