Zakir Quliyev: "Mil-Muğan regionunda suvarma layihələri icra olunacaq"
Mil-Muğan regionunda on minlərlə hektar sahəni əhatə edən suvarma layihələri icra olunacaq.
"Report"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, region üzrə su təminatının yaxşılaşdırılması məqsədilə müvafiq olaraq Sabir, Baş Muğan və Köhnə Xanqızı kanallarının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb, ekspertiza rəyləri alınıb və tender prosesləri həyata keçirilərək tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur: "Eyni zamanda Rəsularx kanalının yenidənqurulması üzrə hazırlıq işləri başa çatdırılıb və növbəti ildə layihənin icrasına başlanılması planlaşdırılır. Həmçinin Aşağı Muğan kanalının yenidənqurulması işlərinə başlanılıb".
Z.Quliyev əlavə edib ki, Azərbaycanda müasir suvarma sistemləri hələ də əkin sahələrinin 10 %-ni əhatə edir: "2025-ci ildə istismar tədbirləri hesabına su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq kanal beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənmiş, 2 813 metr daş-beton bənd və 204 subartezian quyusu təmir olunub. Cari təmir planı çərçivəsində 6 378 subartezian quyusunda, 842 nasos stansiyasında və 2 779 hidrotexniki qurğuda təmir aparılıb, suvarma kanallarında 31 milyon kubmetr, kollektor-drenaj şəbəkələrində isə 10 milyon kubmetrə yaxın həcmdə lildən təmizləmə işləri həyata keçirilib. Bundan əlavə, çay məcralarında 10 milyon kubmetrə yaxın təmizləmə və tənzimləmə işləri yerinə yetirilib. Bu tədbirlər nəticəsində suvarma sistemlərinin etibarlılığı artır, su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı xarakter alır".
Oxşar xəbərlər
ADSEA: "Aqrar sahədə rəqəmsal monitorinq və su uçotu genişləndiriləcək"
Azərbaycanda aqrar sektorun dayanıqlı inkişafı üçün şərtlər açıqlanıb
Natiq Əmirov: "2030-cu ilə qədər aqrar sahədə dayanıqlı inkişaf təmin olunacaq"
İlhamə Qədimova: "2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Zaur Mikayılov: "Azərbaycanda 7 magistral suvarma kanalının yenidən qurulması başa çatıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
