İmişlidə cari mövsümdə 42,9 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib
Cari əkin mövsümündə İmişli rayonunda 42 922,1 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib.
İmişli Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən "Report"un Muğan bürosuna verilən məlumata görə, bunun 16 664,3 hektarı dənli və dənli paxlalı bitkilər, 77,7 hektarı kartof, 138,1 hektarı tərəvəz, 324,6 hektarı bostan bitkiləri, 214,7 hektarı şəkər çuğunduru, 7 033,7 hektarı pambıq və 18 469 hektarı isə yemlik bitkilərinin payına düşüb.
Rayonda 16 min hektara yaxın sahədə şum işləri aparılıb.
Bu günə kimi 15 718 hektar sahədə şum işləri yerinə yetirilib.
Həmçinin 4 137 hektar sahədə payızlıq buğda, 5 713 hektar sahədə isə payızlıq arpa toxumu səpilib. Payız əkinində 18 min hektar sahədə dənli bitkilərin əkini planlaşdırılır.
Oxşar xəbərlər
İmişlidə arpa əkininə başlanılıb
İmişlidə 18 min hektar sahədə dənli bitkilərin əkini planlaşdırılır
Bu il İmişlidə 3 200 hektar sahədə təkrar əkin işləri aparılıb
İmişlidə əkin sahələri azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
