Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  - VİDEO
sizinxeber.az xəbər saytı

Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - VİDEO


Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 45 yaşlı Teymur Bağırovdan 30 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. T.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Sabunçuda 46 kq narkotik dövriyyədən çıxarılıb
Suraxanıda 12 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Şirvanda 8 kq narkotik vasitə aşkarlanıb
Ağcabədidə polis 14 kq marixuana və həşiş dövriyyədən çıxarılıb
Bakıda qadının evindən 10 kq narkotik aşkarlanıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər