Azərbaycan meyvə və giləmeyvə istehsalını 55 %-dən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda heyvandarlıq məhsulları istehsalının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 %, bitkiçilik məhsulları istehsalının ümumi dəyəri isə 1,1 % çox olub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iyunun 1-nə qədər tarlalardan 443,6 min ton tərəvəz (1 il əvvələ nisbətən 1,5 % çox), 168,9 min ton kartof (0,1 % çox), 54 min ton meyvə və giləmeyvə (55,4 % çox), 30,6 min ton dənli və dənli paxlalı bitkilər (69,1 % az), 556 ton yaşıl çay yarpağı (11,5 % çox) yığılıb.
Bundan başqa, 5 ay ərzində ölkədə diri çəkidə 244,4 min ton ət, 915,3 min ton süd, 988,7 milyon ədəd yumurta, 10,7 min ton yun istehsal olunub. İllik müqayisədə ət istehsalı 4,7 % artıb, süd istehsalı 0,1 %, yumurta istehsalı 2,2 %, yun istehsalı isə 5,2 % azalıb.
Oxşar xəbərlər
Azərbaycanda aqrar sektor 1 %-ə yaxın böyüyüb
Azərbaycanda aqrar sektor 1 % böyüyüb
Azərbaycanda aqrar sektor 1%-ə yaxın böyüyüb
Azərbaycanda aqrar sektor 1,5 % böyüyüb
Azərbaycanda aqrar sektor 2 %-ə yaxın böyüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
