Sumqayıtda avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO
sizinxeber.az xəbər saytı

Sumqayıtda avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO


Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmini və sürücülər arasında intizam məsuliyyətinin artırılması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

APA xəbər verir ki, bu məqsədlə Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtoxuliqanlıq edən 37 yaşlı Fərahim Abbasov saxlanılıb.

Əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş F.Abbasov idarə etdiyi “Mersedes” markalı 50-FL-442 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib. Nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanını çıxararaq təhlükəli manevrlər edən sürücü polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb. Sürücü barəsində toplanılmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə F.Abbasov inzibati qaydada həbs edilib və onun sürücülük hüququ məhdudlaşdırılıb.

Oxşar xəbərlər

Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub - VİDEO
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olunub - FOTO
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib - FOTO
Qarlı yolda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər