PSJ Barkolanı satmağı planlaşdırır
sizinxeber.az xəbər saytı

PSJ Barkolanı satmağı planlaşdırır


Fransanın PSJ klubu futbolçusu Bredli Barkola ilə yollarını ayıra bilər.

"Sizinxeber.az" ölkənin məşhur "Lequipe" nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu yay transfer dönəmində 23 yaşlı vingeri satmaq ehtimalını nəzərdən keçirir.

Fransalı oyunçu müntəzəm olaraq əsas heyətdə yer almaq istəyir. Lakin Paris təmsilçisi ona bununla bağlı zəmanət vermir.

PSJ futbolçunun mümkün transferindən 100 milyon avrodan çox gəlir əldə etmək niyyətindədir. İngiltərənin "Liverpul" və "Arsenal" klubları futbolçu ilə maraqlanır.

Xatırladaq ki, Bredli Barkola ötən mövsüm 49 oyuna 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.

Oxşar xəbərlər

Çempionlar Liqası: Fabian Ruis və Barkola PSJ-nin heyətinə daxil edilməyib
PSJ-nin futbolçusu Bredli Barkola zədə səbəbindən bir neçə həftə meydandan kənar qalacaq
"Arsenal" yay transfer dönəmində Leandro Trossarı satmağı nəzərdən keçirir
"Barselona" yarımmüdafiəçisi ilə yollarını ayırmaq istəyir
"Çelsi" London təmsilçisinin futbolçusu ilə maraqlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər