Ekspert: "Azərbaycan və Mərkəzi Asiyada komplayns strateji amilə çevrilib" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
13:00
ff aaaaaaa

Ekspert: "Azərbaycan və Mərkəzi Asiyada komplayns strateji amilə çevrilib"

10 in, 2026
13:00
929

Ekspert: "Azərbaycan və Mərkəzi Asiyada komplayns strateji amilə çevrilib"

Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün komplayns artıq strateji amilə çevrilib.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Uyğunluq və Biznes Etikası Assosiasiyasının Müşahidə Şurasının sədri Dauren Akşalov Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.

Onun sözlərinə görə, müasir dövrdə komplayns sistemi təkcə nəzarət və yoxlama mexanizmi deyil, həm də etimadın, şəffaflığın və investisiya cəlbediciliyinin əsas elementlərindən birinə çevrilib.

"Azərbaycanın da daxil olduğu regionda rəqəmsal transformasiya, maliyyə texnologiyalarının inkişafı və beynəlxalq investisiyaların artması fonunda komplayns sistemlərinin rolu daha da güclənir. Bu gün beynəlxalq investorlar yalnız maliyyə göstəricilərinə baxmırlar. Şirkətlərdə və dövlət qurumlarında şəffaflığın, risklərin idarə edilməsinin və komplayns mexanizmlərinin mövcudluğu da mühüm qiymətləndirmə meyarına çevrilib".

Qonaq əlavə edib ki, Azərbaycan və region ölkələrinin beynəlxalq maliyyə sisteminə inteqrasiyasının dərinləşməsi komplayns standartlarının tətbiqini daha da aktuallaşdırır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul