Çin alimləri ilk dəfə insana eyni vaxtda donuzun qaraciyər və böyrəklərini köçürüblər
sizinxeber.az xəbər saytı

Çin alimləri ilk dəfə insana eyni vaxtda donuzun qaraciyər və böyrəklərini köçürüblər


Çin alimləri dünyada ilk dəfə olaraq bir insana donuzun qaraciyəri və böyrəklərini transplantasiya ediblər.

Bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, donuz orqanları beyin ölümü baş vermiş 53 yaşlı kişiyə köçürülüb.

Transplantasiyadan sonra orqanlar təxminən beş gün fəaliyyət göstərib. Daha sonra isə xəstənin ailəsinin istəyi ilə tədqiqat dayandırılıb.

Alimlərin sözlərinə görə, araşdırma erkən immunoloji və metabolik reaksiyaların öyrənilməsinə imkan verib.

Tədqiqat iştirakçıları hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə heyvanlardan insanlara çoxorqanlı transplantasiya sahəsində mühüm rol oynaya bilər.

Oxşar xəbərlər

Səhiyyə Nazirliyi: Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslərin sayı 3 dəfə artıb
Bu ilin altı ayında aparılan transplantasiya əməliyyatlarının sayı açıqlanıb
“Clarivate”: UNEC dünyada liderdir!
Azərbaycanda ilk dəfə meyit donorun orqanları transplantasiya edilib
Tramp aprel ayında Çin lideri ilə görüşə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər