ABŞ maliyyə naziri: Dondurulmuş İran aktivləri Körfəz ölkələrinə kompensasiya üçün istifadə olunacaq
ABŞ-ın maliyyə naziri Skott Bessent bəyan edib ki, İranın dondurulmuş aktivləri Fars körfəzi ölkələrinə münaqişə nəticəsində dəyən ziyanın kompensasiyası üçün istifadə ediləcək.
Sizinxeber.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
“Hər hansı müttəfiqimizə Fars körfəzində vurulan zərər İran hesablarından müsadirə edilmiş vəsaitlər hesabına ödəniləcək”, - deyə Bessent bildirib.
ABŞ maliyyə naziri qeyd edib ki, Vaşinqton region ölkələrinin xərclərinin qarşılanması üçün dondurulmuş İran vəsaitlərindən istifadə etməyə hazırdır.
Söhbət, o cümlədən, İranın Fars Körfəzi İşləri İdarəsinə (PGSA) Hörmüz boğazından keçən gəmilərdən alınan rüsumların ödənilməsi ilə bağlı mümkün xərclərdən gedir.
Bessent vurğulayıb ki, Tehran tərəfindən həyata keçiriləcək istənilən yeni hücum İran üçün iqtisadi və maliyyə nəticələrini daha da ağırlaşdıracaq.
ABŞ və İran arasında gərginlik son dövrlərdə daha da artıb. Buna səbəb ABŞ hərbçilərinin Hörmüz boğazı bölgəsində yerləşən Keşm adasına və İranın sahilboyu hava hücumundan müdafiə sistemlərinin mövqelərinə zərbələr endirməsi olub.
Pentaqon bu əməliyyatları ABŞ-a məxsus “Apache” helikopterinin vurulmasına cavab olaraq həyata keçirdiyini bildirib və insidentə görə məsuliyyəti Tehranın üzərinə qoyub.
Qarşıdurma zamanı İran dəfələrlə ABŞ-ın Küveyt və Bəhreyndə yerləşən hərbi bazalarına, eləcə də Fars körfəzi ölkələrindəki digər obyektlərə zərbələr endirib.
Oxşar xəbərlər
Skott Bessent: ABŞ-ın böyük həcmdə dövlət borcu narahatlıq doğurur
"Fars": İranın cənubundan raketlər buraxılıb
ABŞ İranın aviaşirkətlərinin işini bloklamağa çalışacaq
Bessent: ABŞ Hörmüz boğazından keçidə görə ödəniş tətbiqinə imkan verməyəcək
Bessent: Hörmüz boğazı açıldıqdan sonra ərəb ölkələri neft tədarükünü bərpa etməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
İranda partlayışlar qeydə alınıb
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
