Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla sülh prosesi ilə məşğul olmayacaq
sizinxeber.az xəbər saytı

Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla sülh prosesi ilə məşğul olmayacaq


Avropa İttifaqının (Aİ) Ermənistandakı yeni mülki missiyası ölkənin kibertəhlükəsizlik, hibrid təhdidlərə qarşı mübarizə və mülki təhlükəsizlik sahəsində dayanıqlığının gücləndirilməsinə yönələcək və Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etməyəcək.

"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, bu barədə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.

"Ermənistanda Aİ-nin tərəfdaşlıq missiyasının rolu xüsusilə kibertəhlükəsizlik, hibrid təhdidlərdən müdafiə və mülki təhlükəsizlik sahəsində ölkənin dayanıqlığının gücləndirilməsindən ibarətdir. Bu missiyalar sülh prosesini əhatə etmir və Ermənistanın beynəlxalq münasibətləri ilə heç bir əlaqəsi yoxdur", - o qeyd edib.

Nümayəndənin sözlərinə görə, missiya Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına heç bir şəkildə cəlb olunmayacaq, onun fəaliyyəti yalnız Ermənistanın özünə dəstəyə yönələcək.

Onun sözlərinə görə, Avropa İttifaqı regionda sabitliyin təmin edilməsi istiqamətində diplomatik səyləri dəstəkləməyə davam edir.

Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası aprelin 21-də Ermənistanda yeni mülki Aİ Tərəfdaşlıq Missiyasının (EUPM Armenia) yaradılmasını təsdiq edib. Qərargahı Ermənistanda yerləşəcək yeni missiyanın mandatının müddəti iki ildir.

Oxşar xəbərlər

Aİ hibrid təhdidlərə qarşı mübarizə missiyasının Ermənistana göndəriləcəyini təsdiqləyib
Aİ Kosmin George Dineskunu Ermənistandakı yeni missiyasının rəhbəri təyin edib
Bortnikov: Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir
Mariya Zaxarova: Avropa İttifaqının Ermənistandakı missiyası casusluq fəaliyyəti ilə məşğuldur
Komissiya sədri: Aİ-nin Ermənistanda yaratdığı iki missiya Azərbaycanın ərazi bütövlüyünə təhdid olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər