Filippində güclü zəlzələ: Yaponiya sakinlərinə təxliyə edilmələri tövsiyə edilib
sizinxeber.az xəbər saytı

Filippində güclü zəlzələ: Yaponiya sakinlərinə təxliyə edilmələri tövsiyə edilib


Filippin sahillərində 8,1 bal gücündə zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Zəlzələnin episentri təxminən 697.000 əhalisi olan General-Santos şəhərindən 51 km şimalda, ocağı 10 km dərinlikdə yerləşib.

Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Zəlzələdən sonra 1 metrə qədər sunami xəbərdarlığı verilən Yaponiyanın bir neçə bölgəsindəki sahil ərazilərində yaşayan on minlərlə sakinə ərazidən təxliyə edilmələri tövsiyə edilib.

Bundan əvvəl Yaponiyanın Milli Meteorologiya Agentliyi cənub-qərbi Okinava prefekturasının adaları, Kyusu və Sikoku adaları, eləcə də Honsyu adasının Sakit okean sahili və İbaraki prefekturasına qədər sunami xəbərdarlığı etmişdi.

Oxşar xəbərlər

Filippin sahillərində güclü zəlzələ olub
Makkuari adasında 6,2 maqnitudada zəlzələ qeydə alınıb
Yaponiya sahilində güclü zəlzələ olub
Panama sahillərində güclü zəlzələ baş verib
ABŞ-də 7 maqnitudada zəlzələ olub, sunami xəbərdarlığı edilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər