Nazir:  "Macarıstan universiteti Azərbaycanda filialını açmaqda maraqlıdır"
sizinxeber.az xəbər saytı

Nazir: "Macarıstan universiteti Azərbaycanda filialını açmaqda maraqlıdır"


Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri (MATE) Universiteti Azərbaycanda filialını açmaqda maraqlıdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.

Nazirin sözlərinə görə, kənd təsərrüfatı təhsilinin keyfiyyətinin yüksəldilməsi üçün xarici ali təhsil müəssisələri ilə əlaqələr gücləndirilir: "Macarıstan Universiteti Azərbaycanda filialını açmaq, Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq etmək istəyir. Bu istiqamətdə işlər aparılır. Eyni zamanda ikili diplom proqramlarının genişləndirilməsi həm Oklahoma Universiteti ilə, həm Türkiyə universitetləri ilə, eyni zamanda Macarıstan Universiteti ilə nəzərdə tutulur".

O, Elm və Təhsil Nazirliyinin peşə təhsilinin coğrafiyasını genişləndirməsinə və yeni regional strukturlar yaratmasına diqqət çəkib: "Peşə məktəblərinin ölkə üzrə genişləndirilməsi üzərində çox ciddi şəkildə iş gedir və bu da müsbət təsirini göstərəcək. Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində Aqrar Kollec artıq fəaliyyətə başlayıb və onun aqrar sahədə kadrların yetişməsinə müsbət təsir edəcəyinə inanırıq. Eyni zamanda ADA Universitetinin İtaliyanın Boloniya Universiteti ilə birgə başladığı proqram var, Azərbaycan-İtaliya Universiteti çərçivəsində aqrar ixtisaslar üzrə kadrlar hazırlanır. Daha çox heyvandarlıq sahəsində mütəxəssislərə ehtiyacımız var. Təəssüf ki, bir qisim mütəxəssislərimiz olduqca yaşlıdır və bizim orta yaş qismində mütəxəssislərimizin sayı olduqca azdır. Son illər aqrar təhsilə meyl görsək də, daim cəmiyyətə və bölgələrə çağırışlar edərək, maarifləndirmədə iştirak edərək bu sahənin marağı, gəlirliliyi, potensialı və gələcək perspektivləri barəsində ictimaiyyəti məlumatlandırmağa çalışırıq".

Oxşar xəbərlər

Azərbaycanda soyuducu anbarların tutumu ilə bağlı hədəflər açıqlanıb
Azərbaycanda 480 min hektar örüş və otlaq sahəsi bərpa edilə bilər
FAO iki Azərbaycan universiteti ilə Anlaşma Memorandumu imzalayacaq
Azərbaycanda aqrar infrastuktur məlumatları vahid rəqəmsal sistemdə birləşdiriləcək
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər