Pentaqonun bir neçə mərtəbəsi bağlanıb, "təhlükəli maddələr hadisəsi"nə görə təxliyə aparılır
sizinxeber.az xəbər saytı

Pentaqonun bir neçə mərtəbəsi bağlanıb, "təhlükəli maddələr hadisəsi"nə görə təxliyə aparılır




Pentaqonda bəzi mərtəbələr və dəhlizlər bağlanıb.

CNN-in xəbərinə görə, buna təhlükəli maddələrlə bağlı insidentin baş verməsi səbəb olub.

Pentaqon sözçüsü Şan Parnel bildirib ki, əlaqədar sistemlər "əhəmiyyətini müəyyən edənə qədər ehtiyat tədbirləri tələb edən hava keyfiyyəti problemi aşkar edib".

“Departament təsirlənən bölgədə sığınacaqdan istifadə də daxil olmaqla, lazımi təhlükəsizlik protokolunu icra edir. İnsidentin araşdırılması və binada olanlara yardım üçün əlaqəli şəxslər çalışır”, - bildirilib.

Oxşar xəbərlər

SOCAR: Küləkli hava şəraitinə görə təhlükəsizlik tədbirləri gücləndirilib
Hava şəraiti ilə əlaqədar dənizdə istehsalat sahələrində təhlükəsizlik gücləndirilib
Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edilib
Kimyəvi maddələrlə təhlükəli partlayış törədərək “TikTok”da paylaşan şəxs tutulub
İstanbulda yol çöküb - FOTO - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər