Hikmət Hacıyev: Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 427-yə çatıb
Geniş yayılmış mina çirklənməsi məcburi köçkün ailələrinin təhlükəsiz qayıdışına, azad olunmuş ərazilərin yenidən qurulmasına, iqtisadi inkişafa və kənd təsərrüfatına əsas maneə olmaqda davam edir.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
Onun sözlərinə görə, minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır mirası olaraq qalır və aktiv döyüşlərdən sonra da can almağa davam edir. Belə ki, 2020-ci il noyabrın 10-dan 2026-cı il iyunun 9-dək Azərbaycanda 264 mina hadisəsi baş verib, nəticədə 427 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub, 354-ü isə xəsarət alıb.
Hikmət Hacıyev qeyd edib ki, mina qurbanlarının arasında 231 mülki şəxs və 196 hərbçi var.
Prezidentin köməkçisi vurğulayıb ki, 1991-ci ildən bəri mina qurbanlarının ümumi sayı 3500 nəfəri ötüb. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın var.
“Faciəvi insan tələfatından əlavə, geniş yayılmış mina çirklənməsi məcburi köçkün düşmüş ailələrin təhlükəsiz qayıdışına, azad olunmuş ərazilərin yenidən qurulmasına, iqtisadi inkişafa və kənd təsərrüfatına əsas maneə olmaqda davam edir. Hər bir tapılmış və təmizlənmiş mina sadəcə potensial xilas edilmiş həyatı yox, həm də yaxşılaşmaya doğru bir addımı təcəssüm etdirir. Minatəmizləmə fəaliyyəti təkcə təhlükəsizlik məsələsi deyil, həm də humanitar məcburiyyət və dayanıqlı yenidənqurma və inkişaf üçün başlıca şərtdir”, - Hikmət Hacıyev əlavə edib.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Ermənistan Cənubi Qafqazda nəhəng mina istehsalçısı olaraq qalmaqda davam edir
Hikmət Hacıyev: 2020-ci ilin noyabrından bu günədək 427 nəfər mina qurbanı olub
Hikmət Hacıyev: Azad olunmuş ərazilərdə 400-dən çox mina hadisəsi baş verib
Hikmət Hacıyev: Azərbaycanda mina qurbanlarının sayı artmağa davam edir
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 387-yə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
-
Azərbaycanda güzəştlə alınmış aqrar texnikanın ixracı məhdudlaşdırılıb
-
Nquyen Tiyen: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafından məmnunam
