Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
sizinxeber.az xəbər saytı

Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib


Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyi (ADSEA) Şuşa şəhərində 535 abonenti və 30 istehlakçını su ilə təchiz edib.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə qurumun təşkil etdiyi mediaturda məlumat verilib.

Bildirilib ki, şəhərin su təchizatı Kiçik Kirs dağı və Zarıslı ərazisində yerləşən mənbələr hesabına həyata keçirilir. Su şəhərə ümumi uzunluğu 21 kilometrdən artıq olan magistral su kəmərləri vasitəsilə çatdırılır. Şəhər ərazisində ümumi tutumu 2 800 kubmetr olan su anbarları fəaliyyət göstərir. Hazırda 34,5 km uzunluğunda su, 27,5 km uzunluğunda isə kanalizasiya şəbəkəsi istismar olunur. Şuşada gündəlik məhsuldarlığı 5 min kubmetr olan sutəmizləyici qurğu yenidən qurularaq istifadəyə verilib.

Tullantı suları şəhər ərazisindən dərələrə axıdılaraq Daşaltı çayına yönləndirilir. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən Şuşa şəhərinə 368 ailə, Böyük Qaladərəsi kəndinə isə 14 ailə köçürülüb.

Oxşar xəbərlər

ADSEA Xankəndidə 3 300-ə abonentə xidmət göstərir
Mingəçevirdə əhalinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır
Mingəçevirdə içməli su təchizatı yaxşılaşdırılır
İndiyədək azad edilmiş ərazilərə iki mindən çox ailə köçürülüb - RƏSMİ
ADSEA: Füzulidə 4 su anbarından 3-nün tikintisi yekunlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər