Fərid Osmanov: "Azərbaycan 2030-cu ilədək İKT ixracını 1 milyard dollara çatdıracaq" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
10:30
0
0
1 037
ff aaaaaaa

Fərid Osmanov: "Azərbaycan 2030-cu ilədək İKT ixracını 1 milyard dollara çatdıracaq"

09 in, 2026
10:30
1 037

Fərid Osmanov: "Azərbaycan 2030-cu ilədək İKT ixracını 1 milyard dollara çatdıracaq"

Azərbaycan 2030-cu ilədək İKT ixracını 1 milyard dollara çatdırmağı hədəfləyir.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.

Onun sözlərinə görə, bu hədəf ölkənin rəqəmsal inkişaf gündəliyində nəzərdə tutulan əsas prioritetlərdən biridir: "2030-cu ilə qədər İKT sektorunun həcmini mövcud səviyyə ilə müqayisədə iki dəfə artırmağı planlaşdırırıq. Eyni zamanda, sektorun ixrac potensialının illik 145 milyon dollardan 1 milyard dollara yüksəldilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir".

F. Osmanov vurğulayıb ki, Azərbaycanın məqsədi yalnız daxili rəqəmsallaşmanı sürətləndirmək deyil, həm də ölkəni regionun rəqəmsal və texnologiya mərkəzlərindən birinə çevirməkdir: "Bu məqsədə nail olmaq üçün rəqəmsal infrastrukturun inkişafı, innovasiya ekosisteminin gücləndirilməsi, insan kapitalının formalaşdırılması, eləcə də rəqəmsal iqtisadiyyata yönəlmiş qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Müəyyən edilən göstəricilər kifayət qədər ambisiyalı olsa da, həyata keçirilən proqramlar və planlaşdırılan islahatlar bu hədəflərə çatmağa imkan verəcək".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul