Cəlilabadda keçirilən I Kitab Sərgisi yekunlaşıb
sizinxeber.az xəbər saytı

Cəlilabadda keçirilən I Kitab Sərgisi yekunlaşıb


Cəlilabad rayonunda ilk dəfə təşkil olunan və 3 gün davam edən I Kitab Sərgisi yekunlaşıb.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, sərgidə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, tələbələr, şagirdlər və qonaqlar iştirak edib.

Sərginin əsas məqsədi insanlarda mütaliə vərdişlərini gücləndirmək, gənc nəslin kitaba marağını artırmaq, cəmiyyət içində oxu mədəniyyətinin daha da inkişafına töhfə vermək olub.

Tədbir çərçivəsində tanınmış yazıçıların imza saatları, konsert proqramları və təqdimatlar da təşkil olunub.

Sərgi 5-7 iyun tarixlərini əhatə edib.

Oxşar xəbərlər

Cəlilabadda I Kitab Sərgisi keçirilir
Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur
X Bakı Beynəlxalq Kitab Sərgisi Füzulinin 530 illiyinə həsr olunub
10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
Muğan bölgəsində arpa biçini yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər