Belarus və Azərbaycan strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir
Belarus və Azərbaycan siyasi dialoqu, iqtisadi əməkdaşlığı və humanitar əlaqələri genişləndirərək strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir.
"Report" xəbər verir ki, bu barədə Belarusun Müstəqillik Günü münasibətilə Bakıda keçirilən qəbulda bu ölkənin Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
Onun sözlərinə görə, iki ölkə prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyevin rəhbərliyi altında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.
"Ölkələr arasında strateji tərəfdaşlıq möhkəmlənir, siyasi dialoq, humanitar əlaqələr və birbaşa regional təmaslar inkişaf edir, bu da qarşılıqlı ticarət dövriyyəsinin artmasında və birgə layihələrin sayının çoxalmasında öz əksini tapır", - diplomat qeyd edib.
Səfir bildirib ki, ötən il ərzində hökumət başçılarının, baş nazir müavinlərinin, hökumətlərarası komissiya həmsədrlərinin, bir sıra nazirlik və idarə rəhbərlərinin, həmçinin iki ölkənin işgüzar dairə nümayəndələrinin 40-a yaxın qarşılıqlı səfəri baş tutub.
Pineviçin sözlərinə görə, Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Ağdam, Xankəndi və bütövlükdə Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycanın müxtəlif regionlarında Belarusla Azərbaycanın birgə layihələri həyata keçirilir.
Diplomat, həmçinin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) Belarus nümayəndə heyətinin yüksək səviyyədə iştirakını xatırladıb, tədbirin uğurla təşkil olunması münasibətilə Azərbaycanı təbrik edib.
"Göstərilən yardıma və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirik. Əminəm ki, forumun yüksək səviyyədə təşkil olunduğu barədə bu fikri bütün diplomatik korpus bölüşür", - o deyib.
Pineviç Belarus-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri kimi Azərbaycan Baş nazirinin müavini Samir Şərifova minnətdarlığını ifadə edərək, ötən ilin iyulundan bəri Bakı və Minskdə keçirilən komissiyanın iki iclasının mövcud qarşılıqlı əlaqə mexanizminin səmərəliliyini təsdiq etdiyini vurğulayıb.
Bundan əlavə, diplomat Azərbaycan Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin, dövlət orqanlarının rəhbərliyinə və əməkdaşlarına, biznes ictimaiyyətinin, təhsil və mədəniyyət müəssisələrinin, KİV-lərin və diplomatik korpusun nümayəndələrinə Belarus-Azərbaycan əməkdaşlığının inkişafına verdikləri töhfəyə görə təşəkkür edib.
Sonda Dmitri Pineviç Azərbaycanı 26 iyunda qeyd olunan Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək, sülhün və təhlükəsizliyin qorunması məqsədilə iki ölkə arasında gələcək məhsuldar əməkdaşlığa əmin olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Səfir: Azərbaycan və Belarus əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir
Nazir müavini: Azərbaycan və Türkiyə arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir
Şahin Mustafayev: Azad edilmiş ərazilərdə Belarus ilə birgə layihələrin həyata keçirilməsi məsələsi gündəmdədir
Samir Şərifov: Azərbaycan Belarusla münasibətləri bundan sonra da inkişaf etdirmək əzmindədir
Məmməd Talıbov: "Latviya ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
