Nazir müavini: Azərbaycan və Türkiyə arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir
Türkiyə və Azərbaycan həmişə bir-birinin yanında olacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azəraycan xarici işlər nazirinin müavini Samir Şərifov Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər yüksək xətlə inkişaf edir:
"Şuşa bəyannaməsi isə iki ölkənin inkişafında böyük rol oynayır. Ölkələr arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir".
Onun sözlərinə görə, təkcə bu il ərzində iki ölkə arasında münasibətlər əlamətdar il olaraq davam edir:
"Artıq Prezident İlham Əliyev bu il 3 dəfə Türkiyəyə, qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da həmçinin Azərbaycana səfər edib".
Nazir müavini əlavə edib ki, iki ölkə arasında münasibətlər iqtisadi sahədə də inkişaf edir:
"Enerji, logistika layihələri davam edir. Birgə həyata keçirilən nəhəng layihələr regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb".
Oxşar xəbərlər
Bakı və Daşkənd arasında əməkdaşlıq regionda tarixi hadisələr fonunda inkişaf edir
Samir Şərifov: Azərbaycan-Rumıniya əməkdaşlığını genişləndirmək üçün böyük imkanlar mövcuddur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
