Azərbaycan Türkmənistan və Suriyaya armud tədarük etməyə başlayıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Türkmənistan və Suriyaya armud tədarük etməyə başlayıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,78 milyon ABŞ dolları dəyərində 2 853 ton armud ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 38 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 1,71 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 19 % çox) 2 725 ton (+40 %), Qazaxıstana 47 min ABŞ dolları dəyərində (+21 %) 90,4 ton (+10 %), Gürcüstana 7,4 min ABŞ dolları dəyərində 15 ton (1 il əvvəl tədarük olmayıb), Suriyaya 7,33 min ABŞ dolları dəyərində 11,3 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3,1 min ABŞ dolları dəyərində (-81 %) 6 ton (-75 %) məhsul satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistana (1,34 min ABŞ dolları dəyərində 3,4 ton) və Suriyaya tədarük həyata keçirilib.

Oxşar xəbərlər

Azərbaycan Suriyaya xurma tədarük etməyə başlayıb
Azərbaycan Burundiyə antifriz tədarük etməyə başlayıb
Azərbaycan ilk dəfə İsveçdən qızıl almağa başlayıb 
Azərbaycan 3 ölkədən qızıl tədarük etməyə başlayıb
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər