Samir Şərifov: Azərbaycan Belarusla münasibətləri bundan sonra da inkişaf etdirmək əzmindədir
Azərbaycan Belarusla bütün sahələrdə münasibətləri bundan sonra da dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda inkişaf etdirmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Belarusun Müstəqillik Günü münasibətilə təşkil olunmuş qəbulda bildirib.
Onun sözlərinə görə, bu gün iki ölkə arasında münasibətlər dinamik və hərtərəfli inkişaf edir, ticari-iqtisadi əməkdaşlıq isə ikitərəfli əlaqələrin əsas dayaqlarından biri olaraq qalır.
"Qarşılıqlı ticarətin genişləndirilməsinə, investisiyaların artırılmasına və sənaye kooperasiyasının inkişafına xüsusi diqqət yetirilir. İki ölkənin iqtisadi potensialı və bir-birini tamamlayan imkanları əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əsas yaradır", - S. Şərifov qeyd edib.
Baş nazirin müavini həmçinin vurğulayıb ki, Azərbaycan və Belarus arasında humanitar və mədəni əlaqələr möhkəmlənməkdə davam edərək iki ölkə xalqlarının yaxınlaşmasına töhfə verir.
"Azərbaycan Belarusla bütün sahələrdə münasibətləri bundan sonra da dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda inkişaf etdirmək əzmindədir", - o deyib.
S. Şərifov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Belarusu zamanın sınağından çıxmış iki etibarlı dost adlandırıb.
Sonda Baş nazirin müavini Azərbaycan hökuməti adından Belarus xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəyə sülh, rifah və tərəqqi arzulayıb.
Oxşar xəbərlər
Şahin Mustafayev: Azad edilmiş ərazilərdə Belarus ilə birgə layihələrin həyata keçirilməsi məsələsi gündəmdədir
Samir Şərifov: Belarusla ticarət dövriyyəsinin genişləndirilməsi üçün potensial var
Samir Şərifov Belarus xarici işlər nazirinin müavini ilə görüşüb
Belarus və Azərbaycan strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir
Samir Şərifov: Azərbaycan-Rumıniya əməkdaşlığını genişləndirmək üçün böyük imkanlar mövcuddur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
