Şahin Bağırov Qazaxda vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Şahin Bağırov Qazaxda vətəndaşları qəbul edəcək


Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Qazax şəhərində vətəndaşları qəbul edəcək.

"Report" komitəyə istinadən xəbər verir ki, qəbul iyulun 3-də saat 10:00-da Qazaxda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbul zamanı Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün "195" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Oxşar xəbərlər

Şahin Bağırov Ağstafada vətəndaşları qəbul edəcək
Şahin Bağırov Beyləqanda vətəndaşları qəbul edəcək
Şahin Bağırov Salyanda vətəndaşları qəbul edəcək
Şahin Bağırov Yardımlıda vətəndaşları qəbul edəcək
Şahin Bağırov Qəbələdə vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər