Şavkat Mirziyoyev: Birinci Türkoloji Qurultay türk xalqlarının həyatında yeni dövrün əsasını qoyan hadisə olub
Düz yüz il əvvəl, 1926-cı ildə Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elm və mədəni həyatında yeni bir dövrün əsasını qoyan böyük tarixi hadisə olub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciətində qeyd olunub.
"Biz həmişə qürur hissi ilə xatırlayırıq ki, həmin qurultayda Özbəkistanın 11 tanınmış ziyalısı iştirak edib", - prezident deyib.
O qeyd edib ki, bu gün beynəlxalq ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu əlamətdar tarixi geniş şəkildə qeyd edərkən, sözügedən forumu türk xalqlarını birləşdirən ortaq dəyərlərə göstərilən yüksək ehtiram və dərin hörmətin təcəssümü kimi dəyərləndirmək lazımdır:
"Şübhəsiz ki, milli yaddaşımızda silinməz iz qoymuş həmin tarixi qurultaydan bəhs edərkən, türk dünyasının cədidçi maarifçilərinin misilsiz xidmətlərini bir daha dərin minnətdarlıq hissi ilə xatırlayırıq".
Oxşar xəbərlər
Kubanıçbek Ömüralıyev: Türk dövlətləri arasındakı əlaqələr ən yüksək səviyyədədir
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
TDT Baş katibi: Bugünkü konfrans yüz il əvvəl Bakıda keçirilən tarixi qurultayın davamıdır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
