Bu gün Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək
sizinxeber.az xəbər saytı

Bu gün Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək


Bu gün – ilaxır çərşənbə günü Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum öz işinə başlayacaq.

APA xəbər verir ki, forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panel müzakirələri keçiriləcək. Forumda Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman QHT-ləri ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq, təkliflər dinlənəcək.

Forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi 5 gündür ki, Azərbaycandadır. Heyət işğaldan azad edilmiş ərazilərə - Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər ediblər. Dahi Azərbaycan şairi və mütəfəkkiri, İraq daxil olmaqla, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş qüdrətli sənətkar, çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvət olan, anadilli poeziyamızın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmiş Məhəmməd Füzuli şeirləri onun şərəfinə adlandırılan, 2020-ci ildə işğaldan azad edilmiş Füzuli şəhərində türkmanların dili ilə səsləndirilib.

Türkmanlar Qarabağda yol boyu Kərkük şərqiləri də ifa edib.

Bu gün türkman təşkilatları ilaxır çərşənbəni Bakıda keçirəcək, Novruz şənliklərinə qatılacaq.

Oxşar xəbərlər

Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində Türk dövlətləri QHT-lərinin iqlim forumu keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib, Prezident İlham Əliyev Forumda iştirak edib - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər