Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb.
Milli Məclisdən Report"a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Spiker Sahibə Qafarova beynəlxalq tədbirlər çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi və prezidenti ilə müxtəlif görüşlərini məmnunluqla xatırladaraq, Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluğunu ifadə edib. Bildirilib ki, Parlamentlərarası İttifaq beynəlxalq əməkdaşlıq baxımından səmərəli platformadır.
Söhbət zamanı Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal şəkildə təmsil olunması müsbət qiymətləndirilib. Milli Məclisin deputatlarının təşkilatın rəhbər orqanlarında təmsil olunmasından məmnunluq ifadə edilib.
Görüşdə ötən il Azərbaycanın evsahibliyi ilə keçirilən COP29 çərçivəsində Parlamentləarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə baş tutan parlament konfransının yüksək səviyyədə təşkil olunduğu bir daha qeyd olunaraq, vurğulanıb ki, tərəflərin birgə əməkdaşlığı ilə bir sıra tədbirlərin uğurla reallaşdırılması əməkdaşlığın daha da dərinləşməsinə imkanlar yaradır.
Oxşar xəbərlər
Milli Məclis və Parlamentlərarası İttifaq arasında əməkdaşlıq dərinləşəcək
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Sahibə Qafarova: Milli Məclis Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işgüzar səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












