Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi tamamlanıb
Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Köməkçi Orqanlarının 64-cü sessiyası (SB64) çərçivəsində iştirakı zamanı məlumat verilib.
Sessiyanın birinci həftəsində COP29 Sədrliyinin təşəbbüslərinin və COP29 və COP30 çərçivəsində Azərbaycana verilmiş mandatların icrasına həsr olunmuş bir sıra tədbirlər və görüşlər keçirilib.
Bu çərçivədə COP29-un Bakı Şəffaflıq Platforması (BTP) təşəbbüsü üzrə UNFCCC Katibliyi, COP30 və COP31 sədrlikləri ilə birgə sessiya təşkil edilib. Tədbirdə ikiillik şəffaflıq hesabatlarının birinci dövrü üzrə təcrübələr, mövcud çətinliklər və ikinci dövr hesabatlarının hazırlanmasında inkişaf etməkdə olan ölkələrə göstərilə biləcək dəstək məsələləri müzakirə olunub. BTP çərçivəsində növbəti sessiyanın cari ilin sentyabr ayında Bakıda keçiriləcək UNFCCC İqlim Həftəsi zamanı təşkili qərara alınıb.
Bundan başqa, Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin dəstəyi ilə keçirilən "Öhdəliklərdən Praktiki Fəaliyyətə: Böhran və Həssaslıq Şəraitində Adaptasiya və Sülhü Dəstəkləyən İnnovativ Tərəfdaşlıqlar" tədbirində münaqişə və iqlim risklərinə məruz qalan bölgələrdə dayanıqlığın artırılması üçün innovativ yanaşmalar müzakirə edilib.
Azərbaycan və Braziliyaya verilmiş mandat əsasında hazırlanmış və COP30-dan öncə təqdim olunmuş iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına çatdırılmasına dair Bakıdan Beləmə Yol Xəritəsinin icrası üzrə dövlət və qeyri-dövlət aktorlarının iştirakı ilə dialoq keçirilib. Tədbirdə yol xəritəsinin həyata keçirilməsi ilə bağlı gözləntilər və növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin COP29, COP30 və COP31 sədrliklərinin Troika mandatı çərçivəsində həyata keçirilən "Belém 1.5 Missiyası" üzrə ilk sessiya təşkil edilib. Sessiyada tərəf və qeyri-tərəf iştirakçıların mövqeləri dinlənilmiş, səsləndirilən fikirlərin növbəti addımların formalaşdırılmasına töhfə verəcəyi qeyd olunub.
Bundan əlavə, Azərbaycan nümayəndə heyəti Paris Sazişinin Gücləndirilmiş Şəffaflıq Çərçivəsində keçirilən İrəliləyişlərin Çoxtərəfli və Asanlaşdırıcı Qiymətləndirilməsi prosesinin yüksək səviyyəli seqmentində və Azərbaycanın təqdim etdiyi ikiillik şəffaflıq hesabatına dair texniki dialoqda iştirak edib. Bununla Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb.
Eyni zamanda nümayəndə heyəti UNFCCC çərçivəsində aparılan tematik danışıqlarda, mandatlı tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak edərək qlobal iqlim gündəliyi üzrə müzakirələrə fəal töhfə verib.
Oxşar xəbərlər
Muxtar Babayev: Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan tərəfindən təklif edilib
Muxtar Babayev: Tərəfləri COP29-dan əvvəl İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməyə çağırırıq
ETF iştirakçıları Bakıda şəffaflıq üzrə milli hesabatların təqdim olunması məsələlərini müzakirə ediblər
Bakıda COP29 Sədrliyi çərçivəsində İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin təlim seminarı keçirilir
Nyu-Yorkda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Forum keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
-
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
-
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
-
İngiltərə millisinin futbolçusu Tino Livramento DÇ-2026-da meydana çıxa bilməyəcək
-
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
