Muxtar Babayev: Tərəfləri COP29-dan əvvəl İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməyə çağırırıq
sizinxeber.az xəbər saytı

Muxtar Babayev: Tərəfləri COP29-dan əvvəl İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməyə çağırırıq


Azərbaycan dünya ölkələrini bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər İkiillik Şəffaflıq Hesabatlarını (BTRs) təqdim etməyə çağırır.

“Report” xəbər verir ki, bu barədə COP29 prezidenti Muxtar Babayevin iqlim dəyişikliyi üzrə konfransın tərəflərinə ünvanladığı məktubda bildirilib.

“Hər bir ölkənin başlanğıc şərtlərindəki fərqləri tanıyaraq, BTRs-in erkən təqdimatı şəffaflığa kollektiv sadiqliyimizin güclü nümayişi olacaq”, - M.Babayev vurğulayıb.

Onun sözlərinə görə, COP29 sədrliyi davamlı siyasi qarşılıqlı əlaqəni təmin etmək, əməkdaşlığı gücləndirmək üçün qətiyyətli addımlar atır ki, tərəflər konfransın özündə və gələcəkdə şəffaflıq üzrə kollektiv öhdəlikləri yerinə yetirə bilsinlər.

Qeyd olunub ki, fəaliyyətlərin şəffaflığının artırılmasına təkan vermək üçün 3 sentyabr 2024-cü il tarixində COP29 sədrliyi çərçivəsində yüksək səviyyəli dialoq keçiriləcək.

“Yüksək səviyyəli dialoq üzrə tədbir zamanı COP29 sədrliyi özünün flaqman təşəbbüsü olan İqlim sahəsində Şəffaflıq üzrə Bakı Qlobal Platformasının icrasının başlandığını rəsmi olaraq elan edəcək”, - M.Babayev vurğulayıb.

O, həmçinin xatırladıb ki, COP29 sədrliyinin baxışı iki paralel və bir-birini tamamlayan sütun ətrafında cəmlənib: ambisiyaları artırmaq və fəaliyyətlərin stimullaşdırılması: “İqlim maliyyəsi bizim əsas prioritetimizdir".

Oxşar xəbərlər

Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Yaponiya səfiri ilə COP29-a hazırlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Avstraliya səfiri ilə COP29-a hazırlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər