Bakıda COP29 Sədrliyi çərçivəsində İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin təlim seminarı keçirilir
Bakıda COP29 sədrliyinin iqlim şəffaflığı təşəbbüsləri çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Ümumdünya Meteorologiya Təşkilatı (WMO) və İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) birgə təşkilatçılığı ilə “IPCC inventar proqramı və bu proqramın UNFCCC hesabatlılıq mexanizmi ilə bağlılığı” mövzusunda təlim seminarı keçirilir.
"Report" xəbər verir ki, sözügedən təlim seminarının məqsədi İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması üçün UNFCCC tərəfindən təqdim edilən hesabatlılıq mexanizminin tətbiqi və istixana qazı emissiyalarının hesablanması üçün IPCC-nin yeni proqram təminatı ilə əlaqədar yerli və xarici mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.
Təlim seminarının açılışında çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva iqlim sahəsində şəffaflığın təmin edilməsi və istixana qazı emissiyalarının inventarlaşdırılması sahəsində bacarıqların artırılmasının iqlim dəyişmələrii ilə mübarizə istiqamətində vacibliyini vurğulayıb.
Üç gün davam edəcək təlim seminarında Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, 100-dən çox ölkədən müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlər iştirak edir.
Oxşar xəbərlər
Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib
UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb
UNFCCC: İqlim dəyişikliyinin fəsadları getdikcə daha çox investisiya tələb edir
ETF iştirakçıları Bakıda şəffaflıq üzrə milli hesabatların təqdim olunması məsələlərini müzakirə ediblər
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













