ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə başsağlığı verib
sizinxeber.az xəbər saytı

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə başsağlığı verib


ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması və insanların həlak olması ilə bağlı xəbər bizi dərindən sarsıtdı.

ICESCO adından və şəxsən öz adımdan Zati-alinizə, həlak olanların ailələrinə və o çətin anı yaşamış bütün insanlara dərin hüznlə başsağlığı verirəm. Kədərinizə şərikik və bu faciəvi hadisənin ağrı-acılarını Sizinlə birgə bölüşürük.

Dünyasını dəyişənlərin ruhu şad olsun. Yaralananların tezliklə sağalması üçün dua edirik. Allah həlak olanların ailələrinə və yaxınlarına səbir versin.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm"

Oxşar xəbərlər

İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verib
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycan Prezidentinə başsağlığı ünvanlayıb
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı verib
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər