Basset Sinqh: 1984-cü ildə zikhlərə qarşı törədilmiş hadisələr soyqırımı kimi təsnif edilməlidir
sizinxeber.az xəbər saytı

Basset Sinqh: 1984-cü ildə zikhlərə qarşı törədilmiş hadisələr soyqırımı kimi təsnif edilməlidir


1984-cü ildə zikh icmasına qarşı baş verən hadisələr soyqırımı kimi təsnif edilməlidir.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Zikh Federasiyasının (ABŞ) nümayəndəsi Basset Sinqh bildirib.

"Biz məhz "soyqırımı" terminindən istifadə edirik, çünki mövcud beynəlxalq hüquqi çərçivəyə əsaslanaraq, belə bir təsnifat üçün hüquqi əsaslarımız var və bu istiqamətdə işimizi davam etdiririk. Biz bunu Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq çərçivəsində mühüm addım kimi dəyərləndiririk", - o qeyd edib.

Basset Sinqh həmçinin vurğulayıb ki, onun təşkilatı Azərbaycan xalqının tarixi təcrübəsi ilə zikh icmasının təcrübəsi arasında müəyyən paralellər görür.

"Buna görə biz 1984-cü il hadisələrindən, inancları uğrunda canlarını fəda edən şəhidlərimizdən danışırıq. Biz onları "şəhid zinkhlər" adlandırırıq. Bizim üçün bu, ən yüksək fədakarlıqdır. Bizim ənənəmizdə idealları uğrunda canını fəda etməkdən daha böyük bir qəhrəmanlıq yoxdur", - o bildirib.

Sinqhin sözlərinə görə, rəsmi interpretasiyadan, xüsusilə Hindistan hakimiyyətinin mövqeyindən fərqli olaraq, bu hadisələr zikhlər tərəfindən fərqli qiymətləndirilir.

"Bizim üçün bu, ən böyük qələbə idi - insanlarımız geri çəkilmədilər və inandıqları dəyərləri sonadək müdafiə etdilər", - federasiyanın nümayəndəsi qeyd edib.

O, həmçinin bəyan edib ki, zikh icmasının fikrincə, onlara qarşı zorakılıq 1984-cü ildən sonra dayanmayıb, sadəcə forma dəyişib.

"Bu gün bu, məsələn, transsərhəd repressiyalarda özünü göstərir, belə ki, iddialara görə, Hindistan öz sərhədlərindən kənara çıxaraq Kanada və Böyük Britaniyada zikh siyasi fəallarına təzyiq göstərir və ya hücumlar həyata keçirir. Həmçinin ABŞ-də hakimiyyət orqanlarının qarşısını almağa müvəffəq olduğu bir cəhdin olduğu barədə məlumatlar var", - o deyib.

Basset Sinqh əlavə edib ki, zikh icması üçün 1984-cü il hadisələri davam edən mübarizənin bir hissəsi olaraq qalır.

"1984-cü ildən çox vaxt keçib, lakin bizim üçün mübarizə davam edir. Proseslərin bir hissəsi açıq şəkildə, bir hissəsi isə ictimaiyyətin diqqətindən kənarda baş verir. Biz bunu azadlıq və tanınma uğrunda davam edən mübarizə kimi qəbul edirik", - o vurğulayıb.

Oxşar xəbərlər

Federasiya rəhbəri: Azərbaycan və Zikh xalqını azadlıq uğrunda mübarizə təcrübəsi birləşdirir
Moninder Sinqh Hindistanı zikhlərin fiziki məhvinə çalışmaqda ittiham edib
İcraçı direktor: 1984-cü ilin iyun hadisələri zikhlərə qarşı soyqırımı idi
Abbas Abbasov: Zikh Federasiyası ilə əməkdaşlıq Hindistanda etnik azlıqların müdafiəsinə töhfə verəcək
İcraçı direktor: Beynəlxalq Zikh Federasiyası ilə əməkdaşlıq etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər