Bakı Təşəbbüs Qrupu Beynəlxalq Zikh Federasiyası ilə memorandum imzalayacaq
Beynəlxalq Zikh Federasiyası ilə Bakı Təşəbbüs Qrupu arasında imzalanacaq memorandum akademik müstəvidə qurulacaq münasibətləri tənzimləyəcək.
APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.
Amritsar hadisələrinə toxunan Abbas Abbasov bildirib ki, bu hadisələr Hindistanda etnik azlıqlara qarşı törədilən repressiya və diskriminasiya siyasəti tarixində bir dönüş nöqtəsidir: “Bu Hindistanda etnik azlıqlara qarşı mövcud olan həqiqi münasibəti və yanaşmanı əks etdirən hadisələr idi. Bu hadisələrdən sonra təəssüf ki, Zikh icmasında 5 milyona yaxın insan məcbur olaraq ölkəni tərk etdi və onlar ABŞ-da, Böyük Britaniyada, Kanadada böyük diaspor təşkilatları quraraq öz legitim mübarizələrinə başladılar. Daha sonra bildiyiniz kimi, bu repressiya və diskriminasiya siyasəti Hindistan hökuməti tərəfindən ölkə hüdudlarından kənarda da baş tutdu. Təəssüf ki, onlar masa arxasında danışıqlar yerinə Zikh icmasına qarşı repressiya siyasətini tətbiq etməyə başladılar. Daha sonra da bu digər etnik azıqlara və digər aşağı kastalarda olan insanlara tətbiq edilməyə başlanıldı”, - BTQ-nin icraçı direktoru bildirib.
O qeyd edib ki, BTQ 2025-ci ildə Zikh icmasının nümayəndələri ilə əməkdaşlıq etməyə başlayıb: “2026-cı ildən isə dalitlərlə ilkin təmaslar quruldu və danışıqlar aparıldı. Növbəti aylarda biz dalitlərlə birgə layihələrimizi ictimaiyyətə açıqlayacağıq. Dalitlər də etnik azlıqlardır və təəssüf ki, illərdir repressiyalara və diskriminasiyaya məruz qalan etnik qrupdur. Onların sayı təqribən 320 milyona yaxındır, amma buna baxmayaraq, Hindistan hökuməti bu günə qədər onlara qarşı diskriminasiya və repressiya aparır”.
Oxşar xəbərlər
Abbas Abbasov: Zikh Federasiyası ilə əməkdaşlıq Hindistanda etnik azlıqların müdafiəsinə töhfə verəcək
Abbas Abbasov: BTQ və Beynəlxalq Zikh Federasiyası əməkdaşlığa dair memorandum imzalayacaq
İcraçı direktor: Beynəlxalq Zikh Federasiyası ilə əməkdaşlıq etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək
Bakıda BTQ-nin Hindistanda etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş konfransı keçirilir
Bakı Təşəbbüs Qrupu Sen Martin ilə memorandum imzalayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti açıqlanıb
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
