Azərbaycanda damüstü günəş enerjisi bazarına investor marağının artırılması planlaşdırılır
Azərbaycan quruda yerləşən günəş enerjisi sahəsində çox böyük potensiala malikdir. Bu potensial təxminən 135 giqavat səviyyəsində qiymətləndirilir.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan tədbir zamanı bildirib.
"Biz həmçinin Azərbaycanın seçilmiş şəhərlərində və regionlarında damüstü günəş fotovoltaik (PV) sistemlərinin inkişafı imkanları üzərində işləməkdən məmnunuq", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, hökumət Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanı yaşıl enerji zonaları elan edib. Damüstü günəş enerjisi proqramları da bu inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir.
"Bu tədqiqatın ilkin nəticələrinin çox ümidverici olmasından məmnunuq. Texniki qiymətləndirmələr damüstü günəş panellərinin quraşdırılması üçün təxminən 9,4 giqavat potensialın mövcud olduğunu göstərir. Ümumi təmiz enerji istehsalı potensialı isə 11,8 giqavat səviyyəsində qiymətləndirilir.
Biz bu tədqiqatın növbəti mərhələlərinin həyata keçirilməsi, bazar iştirakçılarının cəlb olunması və potensial investorlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində Dünya Bankı ilə birgə işləməyi səbirsizliklə gözləyirik", - nazir müavini vurğulayıb.
O bildirib kii, Azərbaycanın əsas şəhərlərində – Bakı, Naxçıvan, Ağdam, Cəbrayıl, Xankəndi, Şuşa, Culfa, Qubadlı və Zəngilanda damüstü günəş enerjisi layihələri üçün böyük biznes və investisiya imkanları mövcuddur. Bununla yanaşı, bu təşəbbüs gələcəkdə digər şəhərləri də əhatə edə bilər.
"Biz inanırıq ki, yaşıl enerji zonaları gələcəkdə xalis sıfır emissiya hədəfinə keçid üçün möhkəm təməl yaradacaq və hökumətin yaşıl enerji keçidi sahəsində səylərini dəstəkləyəcək. Bu keçid balanslaşdırılmış, ədalətli və iddialı olmaqla yanaşı, özəl sektor üçün də yeni imkanlar formalaşdıracaq", - Orxan Zeynalov qeyd edib.
Oxşar xəbərlər
Orxan Zeynalov: "Azərbaycanın əsas şəhərlərində damüstü günəş enerjisi üçün geniş investisiya imkanları mövcuddur"
Orxan Zeynalov: Qarabağ və Şərqi Zəngəzur öz tələbatını yaşıl enerji ilə təmin edir - APA TV
Nazir: Qazaxıstan qonşu ölkələrlə elektrik enerjisi ticarətini genişləndirməyi planlaşdırır
Nazir müavini: Azərbaycan qaz ixracını artırmağa hazırdır
Nazir müavini: Azərbaycan, İran və Rusiya elektrik enerjisi mübadiləsinə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti açıqlanıb
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
