Robb Batler: ÜST-nin Azərbaycanla əməkdaşlığı konkret nəticələr verir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanla əməkdaşlığı artıq konkret nəticələr verir.
"Sizinxeber.az" xəbər verir ki, bunu ÜST-nin Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Batler "Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ÜST Azərbaycanla münasibətlərə böyük dəyər verir:
"Əməkdaşlığımız artıq konkret nəticələr verir. Son bir ildə ÜST ölkənin immunizasiya məlumat sisteminin rəqəmsallaşdırılmasına dəstək göstərib və bütün ölkə üzrə soyuq zəncir avadanlıqlarının (peyvəndlərin və temperatur həssaslığı olan digər tibbi məhsulların saxlandığı soyuducuların, dondurucuların və nəqliyyat konteynerlərinin temperaturunun fasiləsiz izlənməsi - red) real vaxt rejimində monitorinqini mümkün edib".
ÜST rəsmisi qeyd edib ki, həmçinin təcili tibbi yardım qruplarının yaradılmasına dəstək verilir və onların beynəlxalq akkreditasiyasının bu ilin sonunadək əldə olunacağı gözlənilir:
"Eyni zamanda yeni peyvənd təqviminə uyğun olaraq tibb və tibb bacılığı məktəblərinin kurikulumlarının yenilənməsi istiqamətində qurumlarla sıx əməkdaşlıq edirik. Bu, gələcəkdə səhiyyə işçi qüvvəsinin potensialının gücləndirilməsi üçün mühüm addımdır. Azərbaycan həmçinin həbsxanalarda vərəmlə mübarizə üzrə yeganə ÜST əməkdaşlıq mərkəzinə ev sahibliyi edir və bu sahədə yalnız milli deyil, qlobal bilik və təcrübənin inkişafına da töhfə verir".
Oxşar xəbərlər
Xüsusi nümayəndə: ÜST Azərbaycanla münasibətlərinə böyük dəyər verir
Azərbaycanda vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatlar vahid elektron sistemdə toplanacaq
Azərbaycan Rusiya və İranla "e-permit" sisteminin tətbiqini razılaşdırıb
Azərbaycanda növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq
Hazırda ölkə üzrə 200 təcili tibbi yardım avtomobili müasir tələblərə cavab vermir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti açıqlanıb
