Nazirlik rəsmisi: "Azərbaycanın tranzit habına çevrilməsində rəqəmsallaşma əsas rol oynayır"
sizinxeber.az xəbər saytı

Nazirlik rəsmisi: "Azərbaycanın tranzit habına çevrilməsində rəqəmsallaşma əsas rol oynayır"


Azərbaycanın tranzit habına çevrilməsində rəqəmsallaşma əsas rol oynayır. "Sizinxeber.az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin Beynəlxalq nəqliyyat əməliyyatları sektorunun müdiri Aytən Turabova Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib. Onun sözlərinə görə, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində strateji mövqeyə malikdir və regionun mühüm tranzit habına çevrilib: "Bu mövqenin möhkəmləndirilməsi üçün rəqəmsal həllərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Hədəfə çatmaq məqsədilə Azərbaycan nəqliyyat sisteminin inkişafına kompleks yanaşma nümayiş etdirir. Bu yanaşma həm fiziki infrastrukturun inkişafını əhatə edən sərt bağlılıq (hard connectivity), həm də rəqəmsallaşdırma, ticarətin asanlaşdırılması və prosedurların sadələşdirilməsi kimi yumşaq bağlılıq (soft connectivity) tədbirlərini özündə birləşdirir". "Son 20 ildə ölkənin nəqliyyat sisteminin inkişafına mühüm investisiyalar yönəldilib. Bu çərçivədə dəmir yolu xətləri, hava limanları, liman infrastrukturu və magistral yollar tikilib, mövcud şəbəkələr modernləşdirilib. Əhəmiyyətli layihələr sırasında ötürücülük qabiliyyəti 5 milyon tona çatdırılmış Bakı-Tbilisi-Qars dəmir yolu xətti, həmçinin illik 15 milyon ton yük və 150 min TEU konteyner emalı gücünə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı xüsusi yer tutur", - deyə nazirlik rəsmisi əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan və İraq logistika və tranzit əlaqələrini müzakirə edəcək
Asan Cakişev: "Qazaxıstan regionda əsas tranzit qovşağı statusunu gücləndirir"
Azərbaycan Türkmənistanla nəqliyyat və rəqəmsal əməkdaşlığın inkişafını müzakirə edib
Azərbaycan Prezidenti: Yeni nəqliyyat dəhlizinin reallaşması ölkələrin tranzit potensialını daha da artıracaq
Azərbaycan Rusiya və İranla "e-permit" sisteminin tətbiqini razılaşdırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər