Nazir: Qazaxıstan qonşu ölkələrlə elektrik enerjisi ticarətini genişləndirməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

Nazir: Qazaxıstan qonşu ölkələrlə elektrik enerjisi ticarətini genişləndirməyi planlaşdırır


Qazaxıstan qonşu ölkələrlə elektrik enerjisi ticarətini genişləndirməyi planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan bərpa olunan enerji mənbələrinin enerji sisteminə dayanıqlı inteqrasiyasını təmin etmək üçün enerji saxlama sistemlərinin inkişafını prioritet istiqamətlərdən biri hesab edir.

Nazir qeyd edib ki, ölkə enerji infrastrukturunun modernləşdirilməsi, elektrik şəbəkələrinin ötürücülük qabiliyyətinin artırılması, ağıllı idarəetmə sistemlərinin tətbiqi və enerji interkonnektorlarının inkişafı üzərində işləyir.

“Bu, bizə yalnız daxili imkanları artırmağa deyil, gələcəkdə qonşu ölkələrlə elektrik enerjisi ticarəti barədə danışmağa da imkan verəcək”, - deyə E. Akkenjenov vurğulayıb.

Onun sözlərinə görə, Qazaxıstan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) APREC təşəbbüsünü müsbət qiymətləndirir və onu regional əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm platforma hesab edir.

Nazir əlavə edib ki, ölkə enerji keçidi sahəsində əməkdaşlığın milli prioritetlər və strateji məqsədlərlə uzlaşdırılmış, mərhələli və praqmatik yanaşma əsasında inkişaf etdirilməsinin tərəfdarıdır.

Oxşar xəbərlər

Nazir müavini: Azərbaycan bizi fasiləsiz qaz və digər enerji resursları ilə təmin edir
Qırğızıstanlı nazir: "Mərkəzi Asiyada "yaşıl elektrik enerjisi"nin ən böyük istehsalçılarındanıq"
Özbəkistanlı nazir: Azərbaycanla Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı gücləndiririk
Nazir müavini: Azərbaycan, İran və Rusiya elektrik enerjisi mübadiləsinə hazırdır
Naxçıvanda alternativ enerji istehsalı artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər