Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb
sizinxeber.az xəbər saytı

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb


Ukraynadakı müharibədən əziyyət çəkən daha bir qrup ukraynalı uşaq Azərbaycana yola salınıb.

"Sizinxeber.az"un Şərqi Avropa bürosunun məlumatına görə, Mariupol şəhərindən qaçqın düşən ailələrin övladlarının yolasalma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və səfirliyin müşaviri Fərid Babayev də iştirak edib.

Səfir Seymur Mərdəliyev bildirib ki, Azərbaycan dövləti Ukraynaya humanitar yardımlarını, dəstəyini davam etdirəcək. Mariupol merinin müavini Yuri Pivovarov isə vurğulayıb ki, bu gün 30-dan çox uşaq yola salınır:

"Bu gün burada olmaq, mariupollu uşaqların ilk qrupunu Azərbaycana yola salmaq mənim üçün böyük şərəfdir. Uşaqlar reabilitasiyadan keçəcəklər və buna görə Azərbaycana təşəkkür edirik. Biz onları ilk dəfə sağlamlıq-istirahət məqsədilə Azərbaycana göndəririk. Biz bunu son dərəcə yüksək qiymətləndiririk"-deyə, o, əlavə edib.

Bununla da, indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü keçəcək.

Xatırladaq ki, səfər çərçivəsində uşaqlar peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixososial təlimlər, ustad dərsləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin sabitləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

Oxşar xəbərlər

Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya üçün Azərbaycana yola düşüb
Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəlib
Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Azərbaycan səfiri Ukrayna Ali Radasının sədr müavini ilə dövlətlərarası əlaqələrin vəziyyətini müzakirə edib
Agentlik rəsmisi: Azərbaycana gətirilən ukraynalı uşaqların reabilitasiyası yüksək səviyyədə təşkil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər