İlandağ yazısı deşifrə edilib
İlandağ yazısı təxminən 30 il əvvəl elm aləminə məlum olub. İlk dəfə Sovet dövründə bölgədə çalışan geoloqlar bu abidə barədə Elmlər Akademiyasına məlumat veriblər.
Tarix elmləri doktoru, professor Vəli Baxşəliyev "Sizinxeber.az"un yerli bürosuna verdiyi müsahibədə bildirib ki, yazının öyrənilməsi üçün materiallar İtaliyaya göndərilib və burada aparılan tədqiqatlar nəticəsində mətn deşifrə edilərək oxunub.
Məlum olub ki, kitabə Naxçıvana şimal istiqamətindən yürüş edən Urartu hökmdarları ilə bağlıdır.
"Yazıda Urartu hökmdarı İşpuni və sonradan hökmdar olan oğlu Menuanın adları çəkilir. Mənbədə qeyd olunub ki, onlar Ərəzin kəndindən keçərək, həmin dövrdə Arşin adlandırılan ərazi vasitəsilə Araz çayını adlayıb Pluadi ölkəsinə gediblər. Burada tanrı Xaldinin və hökmdarın xanımının şərəfinə qurbanlar təqdim ediblər".
Alim deyib ki, Urartular Naxçıvana bir neçə istiqamətdən – həm şimaldan, həm də indiki Sədərək bölgəsi tərəfdən hücumlar təşkil ediblər:
"Həmin dövrdə ərazidə güclü tayfa ittifaqı - İtuni Konfederasiyası mövcud olub. Bu səbəbdən Urartuların yürüşləri uğursuzluqla nəticələnib və onlar cənuba doğru geri çəkilməyə məcbur olublar".
Oxşar xəbərlər
Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb
Ötən il Azərbaycanda fəlsəfə doktoru proqramı üzrə buraxılış sayı azalıb
Naxçıvana ABŞ-dan pul köçürmələri 4 dəfə artıb, Rusiyadan isə 5 dəfədən çox azalıb
Xaraba Gilan şəhər yerində orta əsrlərə aid baş qala qapısı aşkar olunub
Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin "qara qutu”larının deşifrə edilmiş materialları Astanaya aparılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğularaq ölüb
-
Avropa çempionatı: 1/4 final cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub
-
Türkiyə millisi Şimali Makedoniyanı darmadağın edib
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
