Türkiyə gələcək illərdə su qıtlığı ilə üzləşə bilər
Türkiyənin əhali artımı və iqlim dəyişikliyi təsirləri nəzərə alındıqda gələcək illərdə su qıtlığı olan ölkələr arasında yer alacağı proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Dövlət Su İşləri Baş İdarəsi məlumat yayıb.
"Bir ölkənin su baxımından zəngin hesab edilə bilməsi üçün adambaşına su potensialının illik 1700 kubmetrdən çox olması lazımdır", - məlumatda bildirilib və əlavə edilib ki, Türkiyənin texniki, iqtisadi baxımdan istifadə edilə bilən 112 milyard kubmetr su potensialı nəzərə alındıqda adambaşına düşən su miqdarı illik 1301 kubmetr səviyyəsindədir.
Qeyd olunub ki, Türkiyə gələcək illərdə su qıtlığı ilə üzləşə bilər: "Bu səbəbdən suyun qənaətli və optimal şəkildə istifadə edilməsi böyük əhəmiyyət daşıyır. Su qaynaqları potensialının qiymətləndirilməsi və çoxməqsədli istifadəsinə yönəlik işlərin aparılması lazımdır. 25 hidroloji hövzədə yenilənmə işləri aparılacaq".
Bundan əlavə, istismarda olan suvarmalarda itkilərin qarşısı alınaraq suyun daha effektiv və səmərəli istifadəsi, torpağın keyfiyyətinə təsir edən drenaj problemlərinin aradan qaldırıla bilməsi üçün yeniləmə layihələrinin ön plana çıxarılması və klassik açıq sistem suvarma şəbəkələri əvəzinə müasir qapalı təzyiqli borulu suvarma sistemlərinin istifadəsinin genişləndirilməsi gözlənilir.
Oxşar xəbərlər
Nazir müavini: Mövcud su qıtlığı kənd təsərrüfatında çoxsaylı çətinliklər yaradıb
TANAP-la Türkiyə və Avropaya 75 milyard kubmetr qaz nəql edilib
Azərbaycanda 2028-ci ilə qədər su ehtiyatları vahid sistemdən idarə olunacaq
Ərdoğan: Gələcək nəsillər üçün sağlam dünyanı qorumaq lazımdır
Türkiyə rəsmisi: "İnflyasiya azalır və yaxın illərdə tək rəqəmli olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Göygöl rayonunda avtomobil idarəetmədən çıxaraq aşıb, xəsarət alanlar var
-
Nigeriyada vəba epidemiyası 37 nəfərin həyatına son qoyub
